Tibb Universitetinin yaxınlığında, yeni tikili premium binada əla təmirli mənzil kirayə verilir. Kompleks xüsusi landşaft dizaynlı yaşıl və qapalı həyəti, uşaq meydançaları, 24/7 canlı mühafizəsi və liftlə birbaşa çıxışı olan yeraltı parkinqi ilə sakinlərə tam təhlükəsiz və komfortlu mühit təklif edir. Bina tibb universitetinə, klinikalara, böyük supermarketlərə və fitnes mərkəzlərinə piyada məsafədə yerləşir. Müasir üslubda təmir edilmiş mənzil yaşayış üçün lazımi bütün yeni mebellər və məişət texnikası ilə tam təchiz olunaraq uzunmüddətli kirayə üçün hazır vəziyyətdədir.
Göstərilən vasitəçilik xidməti müqabilində agentlik komissiyası ilk aylıq kirayə məbləğinin 30%-ni təşkil edir.