Memar Əcəmi metro stansiyasına cəmi 5 dəqiqəlik piyada məsafədə, "Yeganə" şadlıq sarayına çatmamış, "Heydər Əliyev" parkının yaxınlığında yerləşən yeni tikili 17 mərtəbəli binanın 15-ci mərtəbəsində, şəhərə gözəl və geniş mənzərəsi olan 3 otaqlı mənzil icarəyə verilir. Ümumi sahəsi 95 kv.m olan mənzil yeni təmirdən çıxıb, cəmi 3 ay yaşayış olub və tamamilə yeni mebellərlə təchiz edilib. Keyfiyyətli təmir olunmuş mənzildə 2 sanuzeli mövcuddur və yaşayış üçün hər bir şərait yaradılıb. Aylıq kirayə haqqı 1200 manatdır, lakin bir neçə aylıq ödəniş öncədən edilərsə, aylıq qiymət 1000 manat olacaqdır.