28 May metrosunun yaxınlığında premium 2 otaqlı mənzil
Amerika Səfirliyinin yaxınlığında, 28 May metrosunun yuxarı çıxışının yanında, 16 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən, 2 otaqlı, panoramik mənzərəli və açıq balkonlu mənzil kirayə verilir.
Mənzil dizayner tərəfindən yüksək zövqlə layihələndirilmiş, keyfiyyətli və bahalı materiallarla əsaslı təmir olunmuşdur. Tam şəkildə bahalı mebel və məişət texnikası ilə təchiz edilmişdir.
Mənzildə mövcuddur:
Paltaryuyan maşın
Soba
Qaz plitəsi
Aspirator
Zambaiti Parati divar kağızları
Zövqlü pərdələr
Türkiyə istehsalı olan qonaq otağı və yataq otağı mebelləri
Müasir dizaynlı mətbəx mebeli
Wi-Fi internet
Telefon xətti
KATV
Binanın üstünlükləri:
24 saat mühafizə xidməti
Təhlükəsizlik kameraları
Yeraltı qaraj və parkinq
Uşaq oyun meydançası
2 ədəd sürətli lift
Rahat və prestijli yaşayış üçün ideal seçimdir.
Ofis haqqı 30%